“Fənərbaxça” Emenikeni pulsuz icarəyə verir

“Fənərbaxça” Emenikeni pulsuz icarəyə verir
XƏBƏR 25 Dekabr 2016 / 12:50 3793
-  A +

“Fənərbaxça” futbolçusu Emmanuel Emenikeni pulsuz olaraq “Spartak”a icarəyə verə bilər.

Qol.az-ın xəbərinə görə, bu barədə “Milliyyət” qəzeti məlumat yayıb. Bildirilir ki, İstanbul klubu bu mövsümün sonuna qədər Emenikenin Rusiyada oynamasına etiraz etmir. Amma bir şərtlə ki, “Spartak”da oynadığı müddətdə rus klubu onun maaşını verməlidir.

Qeyd edək ki, “Fənərbaxça”nın baş məşqçisi Dik Advokat intizam qaydasını pozduğu üçün 29 yaşlı nigeriyalı oyunçunu əsas komandadan uzaqlaşdırıb. Emenikenin klubla müqaviləsi bu mövsümü sonu başa çatır.

Əlavə edək ki, o, 2011-13-cü illərdə “Spartak”da oynayıb.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner