"Robert Prosineçki hazırda Azərbaycanda deyil. O, yanvarın 4-5-i Bakıya gəlməlidir". Bu fikirləri Azərbaycan milli komandasının baş inzibatçısı İslam Abbasov bildirib. Onun sözlərinə görə, millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki yanvarda klublarımızın Antalyada təlim-məşq toplanışı izləməyə yollanacaq: "Plana əsasən Prosineçki yanvarın əvvəlində Bakıya gəlməlidir. Klublarımız Antalyaya gedəndən sonra onların hazırlıq proseslərini izləməyə yollanacaq. Bəlkə sonra planı dəyişdi. Ancaq indikinə əsasən belədir ki, Prosineçki birbaşa Antalyaya getməyəcək".
Abbasov milli komandamızın yanvar-fevralda təlim-məşq toplanışının gözlənilmədiyini deyib. Bu, yalnız martda Almaniya yığması ilə rəsmi oyun öncəsi olacaq. O da Bakıda: "Çünki almanlarla evdə görüşəcəyik. Azərbaycan çempionatının hazırkı qrafiki belədir ki, artıq yanvarın 28-də növbəti turdur. Prosineçki də klublara imkan yaradır ki, qış təlim-məşq toplanışı rahat keçirsinlər. Onların hazırlıq planlarını pozmaq istəmir. Təbii ki, millinin hazırlığı olacaqsa, baş məşqçi futbolçuları klublardan götürməlidr. Klubların isə təqvimə görə onsuz da vaxtları azdır".
Millimizin rəsmisi qarşıdakı 2 ayda FİFA-nın yoldaşlıq görüşləri üçün "pəncərə"sinin olmadığını diqqətə çatdırıb: "Bu qurum oyun tarixlərini artıq dəyişib. FİFA-da bir cürdür, UEFA-da başqa cür. Millini yığma oyun keçirsəydi, bu, FİFA-nın "pəncərəsi"ndən kənar olacaqdı. Bir sözlə, yığmamızın Almaniya ilə matçadək yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulmayıb".
Qeyd edək ki, millimiz 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti matçını martın 26-da Bakıda Almaniya yığması ilə keçirəcək. Oyun saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq (sportnet.az).
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi