Çerçi “Atletiko”nu “Bolonya”ya dəyişir

Çerçi “Atletiko”nu “Bolonya”ya dəyişir
XƏBƏR 25 Dekabr 2016 / 01:56 3242
-  A +

Alessio Çerçi “Atletiko”nu tərk etmək üzrədir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu bir müddətdir “Bolonya” ilə danışıqlar aparır. Qarşıdakı həftə Çerçinin icarə əsasında “Bolonya” ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2014-cü ilin avqustunda “Atletiko”ya 15 milyon avro qarşılığında “Torino”dan transfer olunub. Madrid klubunda möhkəmlənə bilməyən Çerçi “Milan” və “Cenoa”da icarə əsasında çıxış etsə də, ümidləri doğrultmayıb.

Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner