“Futbol təkcə Avropa və Cənubi Amerika demək deyil” - İnfantino

“Futbol təkcə Avropa və Cənubi Amerika demək deyil” -  İnfantino
XƏBƏR 25 Dekabr 2016 / 01:17 2960
-  A +

FIFA prezidenti Canni İnfantino növbəti dəfə dünya çempionatının iştirakçılarının sayının artırılması haqda danışıb.

Qol.az-ın “Marca”ya istinadə yaydığı xəbərə görə, İnfantino futbolun təkcə Avropa və Cənubi Amerikadan ibarət olmadığını söyləyib:

“Hazırda dünya çempionatı adi idman yarışı deyil. Mundial böyük hadisədir. Futbol dayanmadan inkişaf edir. İngiltərə Premyer Liqasında 69 müxtəlif ölkədən futbolçular çıxış edir. Son dünya çempionatında Kosta-Rika İtaliya və İngiltərə kimi komandaları qrupda saxladı.

Futbol təkcə Avropa və Cənubi Amerika demək deyil. Məqsəd böyük hadisəyə daha çox ölkələri cəlb etməkdir. İspaniya, İtaliya kimi böyük ölkələr üçün dünya çempionatına çıxış etmək adi haldır. Amma elə ölkələr var ki, illərdi bu arzuyla yaşayırlar.

48 komandalı mundialda qalib 7 oyun keçirəcək. Biz bu ideyanı 32 gün ərzində həyata keçirə bilərik. Hər birində 3 komanda olmaqla 16 qrup olur. Daha sonra isə mübarizə pley-off sistemində davam edir. Hər şey plana uyğun gedərsə, 2026-cı ildə istəyimiz həyata keçə bilər”.
 

 


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner