“Milan”ın formasını geymək mənim üçün şərəfdir”

“Milan”ın formasını geymək mənim üçün şərəfdir”
XƏBƏR 25 Dekabr 2016 / 00:59 3780
-  A +

“Milan”ın qapıçısı Canluici Donnarumma İtaliya Superkuboku uğrunda “Yuventus”u məğlub etdikləri matçdan sonra formasındakı gerbi öpüb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, gənc futbolçunun bu hərəkəti “Milan” fanatları tərəfindən müsbət qarşılanıb.

Matçdan sonra Donnarumma hərəkətinə belə aydınlıq gətirib: “Mən “Milan”a bağlıyam. Özümü dərk edəndən bu kluba azarkeşlik edirəm. “Milan”ın formasını daşımaq mənim üçün şərəfdir”.

Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner