“Liverpul”un müdafiəçisi 5 klubun hədəfində

“Liverpul”un müdafiəçisi 5 klubun hədəfində
XƏBƏR 25 Dekabr 2016 / 00:41 4233
-  A +

Mamadu Sako yanvarda “Liverpul”u tərk edə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, cari mövsümdə fransız müdafiəçi “qırmızılar”ın heyətində rəsmi debüt etməyib. Bu səbəbdən də klub rəhbərliyi onu icarəyə göndərmək fikrindədir.

Hazırda 5 klub - “Milan”, “İnter”, “Lill”, “Vest Hem” və “Vest Bromviç” Sakonun xidmətində maraqlıdır.

Qeyd edək ki, Yurgen Kloppla problem yaşayan 26 yaşlı futbolçu üçün “Liverpul” icarə haqqı olaraq 500 min funt tələb edir.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner