“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda növbəti qarşılaşmalarını keçirib.
Qol.az-ın məlumatına görə, U-19 səfərdə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib. 14 matçdan sonra xal hesabını 34-ə çatdıran “Qəbələ” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
AZAL üzərində səfər qələbəsindən sonra (7:0) ev oyununda “Xəzər Lənkəran”ı sınağa çəkən U-17 9:0 hesabı ilə qalib gəlib. 12 matçdan sonra hesabında 29 xal olan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.
U-16 “Neftçi” ilə səfər matçından xalsız dönüb - 1:2. 11 oyunda 22 xal qazanan “Qəbələ” I dövrəni 3-cü pillədə başa vurub.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13 də növbəti matçlarına çıxıb. “Təhsil” FM ilə qolsuz heç-heçə edən U-14 komandası 13 oyunda yığdığı 28 xalla 3-cüdür. Eyni rəqibin müvafiq komandası ilə görüşən U-13 isə 5:0 hesabı ilə qələbə qazanıb. Aktivində 13 oyundan sonra 26 xal olan “Qəbələ” 4-cü yerdə qərarlaşıb.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında “Qəbələ” klubu bir neçə komanda ilə təmsil olunub.
U-12 Liqasında “Qəbələ” Oğuzun UGİM-ini 4:1, UGİM Qaxın UGİM-ini 2:0 hesabı ilə yenib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, UGİM 29 xalla 3-cüdür.
U-11 Liqasında “Qəbələ” komandaları birlikdə 30 cavabsız qol vurub. “Qəbələ” “Viktoriya Zaqatala”nı 18:0, UGİM “Balakən”i 12:0 hesabı ilə üstələyib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, UGİM 33 xalla 2-cidir.
“Qəbələ”nin 3 komanda ilə təmsil olunduğu U-10 Liqasında “qırmızı-qaralar” Şəki 3 nömrəli məktəbin komandasını 13:0, UGİM Oğuzun UGİM-ini 2:1, Gİİ isə UGİM “Rabitəçi”ni (Yevlax) 3:2 hesabı ilə məğlub edib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, Gİİ 27 xalla 3-cü, UGİM 22 xalla 5-cidir.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə