Emin Mahmudov oyunun ən yaxşısı seçildi - Şəkil

Emin Mahmudov oyunun ən yaxşısı seçildi -  Şəkil
XƏBƏR 23 Dekabr 2016 / 00:21 4747
-  A +

Milli komandamızın və “Boavişta”nın futbolçusu Emin Mahmudov Portuqaliya çempionatının 15-ci turunda “Nasional”la oyunun (2:0) ən yaxşısı seçilib.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.

Millimizin üzvünün uğurlu çıxışı "Emin Mahmudovdan möhtəşəm start" başlığı ilə qiymətləndirib.

"Boavişta"da ilk dəfə əsas heyətdə meydana çıxan Mahmudov 11-ci dəqiqədə hesabı açıb.  O, həmçinin, 3 dəfə təhlükəli ötürmə ilə yadda qalıb. Ötürmələrdə 78 % dəqiq oynayan gənc yarımmüdafiəçi 7 dəfə rəqibdən top alıb.



Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner