Emin zədələnib, oyunu erkən tərk etdi

Emin zədələnib, oyunu erkən tərk etdi
XƏBƏR 22 Dekabr 2016 / 22:27 3994
-  A +

"Boavişta"nın futbolçusu Emin Mahmudov Portuqaliya Premyer Liqasının 15-ci turunda "Nasional"la görüşdə zədələnib.

Qol.az-ın məlumatına görə, millimizin üzvü qarşılaşamnın 62-ci dəqiqəsində ayağından aldığı zədə səbəbindən məcburi əvəzlənib. Onun əvəzinə meydana Fabio Espinyo çıxıb.

Qeyd edək ki, "Boavişta"da bu görüşlə ilk dəfə əsas heyətdə meydana çıxan E.Mahmudov 11-ci dəqiqədə hesabı açıb. Bu, onun Portuqaliya liqasında ilk qolu olub.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner