Samir Məsimov Qazaxıstan klubunda

Samir Məsimov Qazaxıstan klubunda
XƏBƏR 21 Dekabr 2016 / 16:15 4214
-  A +

"Neftçi"nin sabiq futbolçusu Samir Məsimov Sloveniyanın "Domjale" klubundan ayrılıb.

Qol.az-ın xəbərinə görə, o, hazırda Qazaxıstanın "Okjetpes" klubunda baxışdadır.
 
Qazaxıstan mətbuatı gənc yarımmüdafiəçi ilə müqavilə imzalanacağını yazıb.

Məsimov hazırda Türkiyədə təlim-məşq toplanışında olan "Okjetpes"in heyətində iki yoxlama görüşündə meydana çıxıb. O, bu görüşlərin birində qol vurmağı da bacarıb.

Qeyd edək ki, “Okjetpes”də  Məsimovun "Neftçi"dəki keçmiş komanda yoldaşı - serbiyalı qapıçı Saşa Stamenkoviç də çıxış edir.


Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner