“Müdafiə futbolu oynayan və bütünlüklə qapanan komandalara qarşı oynamaq həmişə çətin olur. Amma “Kəpəz” haqda bu sözləri demək olmaz. Gəncə təmsilçisi oyunun müəyyən kəsiyində müdafiəyə çəkilir, müəyyən hissələrində isə hücumlar təşkil edirdi. Onlar da bizə qapımız önündə kifayət qədər çətinlik yaşada bildilər”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Ruslan Qurbanov klubun saytına deyib.
Topaz Premyer Liqasının XIV turunda “Kəpəz”lə qarşılaşan “qırmızı-qaralar”ın hücumçusu oyunla (2:1) bağlı fikirlərini bölüşüb: “Ümumiyyətlə, “Kəpəz” çox yaxşı komandadır. Bu üzdən onlara qarşı görüş də çətin alındı. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirdik. Bunun sayəsində də vacib 3 xal qazandıq. Əsas odur ki, qələbə qazana bildik. Əslində, bu qarşılaşmada hesab daha böyük ola bilərdi. Lakin imkanlardan istifadənin üzərində hələ də çalışmalıyıq. Bunu bacarsaq, hər şey istədiyimiz kimi olacaq. İndi qarşıdakı kubok oyununu düşünməliyik. Artıq AZAL-la matça hazırlaşa bilərik”.
R.Qurbanov rəqibin qapısına təyin olunan penaltini yerinə yetirməsi və mövsümün ilk yarısındakı çıxışı haqda da fikirlərini bildirib: “Penaltini yerinə yetirməyimə gəlincə, komandamızda bütün futbolçular bu işin öhdəsindən gələ bilir. Budəfəki qarşılaşmada belə zərbəni Filip Ozobiçin yerinə yetirməsi qərara alınmışdı. İlk penaltini də o vurdu. Lakin xorvatiyalı əvəz olunduğundan topa mən yaxınlaşdım. Özümə güvəndiyimdən dəqiq oynayıb, qələbə qolunu da vurdum. Komandamızın və şəxsən özümün mövsümün ilk yarısındakı çıxışından razıyam. Amma hələ üzərimizdə çox çalışmalıyıq. Bunu etdikdən sonra hər şey daha yaxşı olacaq”.
"Şəfa"dan 4 transfer
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır