"Mən Vanqa deyiləm" - Tərlan Əhmədov

"Mən Vanqa deyiləm" -  Tərlan Əhmədov
GÜNDƏM 13 Dekabr 2016 / 17:38 3656
-  A +

"İtkilərə baxmayaraq, komanda mübarizə apardı. Futbol səhvlər üzərində qurulub. Hər oyun  səhvlərdən qol buraxırıq. Amma bu gün komandamdan razı qaldım".

Qol.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/4 finalında "Qəbələ" ilə oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, mərhələni adlamaq istədiklərini bildirməklə yanaşı, "Qəbələ"nin güclü olduğunu da qeyd edib:
"Qəbələ" ad qazanmış komandadır. Yüksək səviyyəli oyunçuları var. Bizim isə ehtiyat qüvvəmiz yoxdur. Əlimizdə material olmadığı üçün çıxılmaz vəziyyətdə qaldım. Ozobiçin ustalıq səviyyəsi göz önündədir.  Ortaya 10 futbolçu da qoysaydım , xeyiri olmayacaqdı.Üç gün sonra "Neftçi" ilə derbi oyunumuz var. Bu oyuna çox ciddi hazırlaşacağıq.

Tərlan Əhmədov Topaz Premyer Liqanın 14-cü turunda "Neftçi" ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib:  "Oyunun necə nəticələnəcəyini deyə bilmərəm.  Mən Vanqa deyiləm. Uğuru verən gözəgörünməzdir. "Neftçi" ilə şəxsi prinsipim yoxdur. "Neftçi"nin adı var. Amma biz də çalışacağıq ki, 3 xal uğrunda mübarizə aparaq".

Daha çox


Son xəbərlər
22.09.25  09:00

"Kopenhagen" xal itirdi