Ramil Şeydayev "Trabzonspor"dan ayrıla bilər

Ramil Şeydayev "Trabzonspor"dan ayrıla bilər
GÜNDƏM 12 Dekabr 2016 / 11:08 8629
-  A +

Millimizin futbolçusu Ramil Şeydayev "Trabzonspor"dan ayrıla bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Trabzon təmsilçisi 20 yaşlı hücumçunu icarəyə göndərməyə hazırlaşır.

Əvəzində klub heyətinə yeni hücumçu qatmağı planlaşdırır. "Trabzonspor"n hücum xəttini "Aston Villa"nın çexiyalı oyunçusu Libor Kozaki transfer edəcəyi iddia olunur.

Qeyd edək ki, R.Şeydayev bu ilin yayında "Zenit"dən "Trabzonspor"a transfer olunub.

Daha çox


Son xəbərlər