Banişevskini minnətdarlıqla anırıq...

Banişevskini minnətdarlıqla anırıq...
GÜNDƏM 10 Dekabr 2016 / 14:10 2483
-  A +

Bu gün Azərbaycanın böyük futbolçusu Anatoli Banişevskinin ölümündən 19 il ötür.

1946-cı ildə Bakıda anadan olan  Banişevski 1964-1978-ci illərdə “Neftçi”də çıxış edib. 1966-cı ilin bürünc mükafatçısı SSRİ-nin nəhəng klublarının təkliflərini rədd edib və karyerasının sonunadək “Neftçi”yə sadiq qalıb.

O, “ağ-qaralar”ın heyətində 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinən hücumçu 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olan Anatoli Banişevski 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunub.

Əfsanəvi futbolçu 1997-ci ilin dekabrın 10-da 51 yaşında dünyasını dəyişib.

Bu gün Banişevskini minnətdarlıqla anırıq...

Daha çox


Son xəbərlər
22.09.25  09:00

"Kopenhagen" xal itirdi