Çempionlar Liqasının oyunlarının vaxtı dəyişdirilir

Çempionlar Liqasının oyunlarının vaxtı dəyişdirilir
GÜNDƏM 10 Dekabr 2016 / 01:10 7452
-  A +

UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarının vaxtını dəyişdirəcək.

Qol.az-ın  məlumatına görə, qurumun baş katibinin müavini Corcio Marketti dəyişikliyin  2018/19 mövsümündən etibarən olacağını qeyd edib.

Onun sözlərinə görə, oyunların bir qismi saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da), bir qismi isə 21:00-da (Bakı vaxtı ilə saat  00:00-da) başlaması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda ÇL-in oyunları 20:45-də (Bakı vaxtilə saat 23:45) başlayır.

Daha çox


Son xəbərlər