“Qəbələ” ilə oyunda asan təslim olmayacağıq"

“Qəbələ” ilə oyunda asan təslim olmayacağıq"
GÜNDƏM 8 Dekabr 2016 / 01:10 1914
-  A +

"Növbəti mərhələ üçün şansımız qalmasa da, motivasiyamızı itirməmişik. “Qəbələ” ilə oyunda asan təslim olmayacağıq". 

Qol.az-ın məlumatına görə, bu sözləri “Maynts”ın baş məşqçisi Martin Şmidt Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə keçiriləcək oyun haqda danışarkən deyib.

Almaniyalı mütəxəssis oyun öncəsi mətbuat konfransında bunları bildirib:

“Oyun Almaniya futbolunun reytinqi baxımından olduqca önəmlidir. Gənc oyunçulara şans verəcəm. Ancaq oyuna ikinci heyətlə çıxmaq fikrimiz yoxdur. Nəzərə alın ki, rəqibimiz öz çempionatlarında cəmi bir dəfə məğlub olub. “Qəbələ” yaxşı oyun sərgiləyir”.

Xatırladaq ki, bu gün keçiriləcək “Maynts” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər