Dünya şahmat tacı uğrunda matçın qalibi müəyyənləşib.
Qol.az-ın n məlumatına görə, Norveç şahmatçısı Maqnus Karlsen Sergey Karyakinə (Rusiya) qalib gələrək, dünya çempionu titulunu qoruyub.
Matçın 12 əsas partiyasında 6:6 hesablı heç-heçə qeydə alındığından qalib rapid partiyalarında müəyyənləşib.
İlk iki partiyada (25 dəqiqə vaxta nəzarət, 10 saniyə gediş üçün) heç-heçə qeydə alınıb. Üçüncü və dördüncü prtiyada Karlsen qələbəyə nail olub. Bununla da ümumi nəticədə 9:7 hesabı ilə qalib gələn Norveç qrossmeysteri dünya çempionu olub.
Bununla da Karlsen 600 min avro, Sergey Karyakin isə 400 min avro qazanıb. Norveçli qrossmeyster bu dəfə çempionluq tituluna 26 yaşının tamamlandığı gün sahib çıxıb.
Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildən sahib çıxdığı dünya çempionu titulunu özündə saxlayıb.
Poqba sıradan çıxdı
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi