Tomas Tuxel Vaydenfellerdən üzr istədi

Tomas Tuxel Vaydenfellerdən üzr istədi
XƏBƏR 23 Noyabr 2016 / 16:41 4320
-  A +

Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsində “Legiya” ilə oyundan (8:4) sonra maraqlı açıqlama verib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, müdafiəçilərinin səhvi sayəsində 4 qol buraxan komandanın qapıçısı Roman Vaydenfellerdən üzr istəyib:

“Müdafiəçilərin səhvinə görə Romandan üzr istəyirəm. Onun çempionat oyununda daha yaxşı çıxış edəcəyinə inanıram” – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, komandanın əsas qapıçısı Roman Bürki zədəli olduğu üçün “Legiya” ilə oyunda qapını Vaydenfeller qoruyub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner