“Adətən insana heykəli öləndən sonra qoyurlar” - İbrahimoviç

“Adətən insana heykəli öləndən sonra qoyurlar” -  İbrahimoviç
XƏBƏR 22 Noyabr 2016 / 14:08 3342
-  A +

“Bu, qeyri-adi hissdir. Çoxları düşünür ki, niyə məhz İbrahimoviç?”

Qol.az-ın məlumatına görə, bu sözləri “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç deyib.

Xəbər verdiyimiz kimi, İsveç millisinin sabiq futbolçusuna paytaxt Stokholmda heykəl qoyulacaq. Bu barədə fikir bildirən 35 yaşlı hücumçu göstərilən diqqətə layiq olduğunu qeyd edib:

“15 il milli komanda, 20 il isə klub karyeram var. Hiss edirəm ki, zəhmətimə düzgün qiymət verilib. Adətən heykəli insan öləndən sonra qoyurlar. Ancaq mən hələ özümü sağ hesab edirəm. Mən nə vaxtsa ölsəm də, bu heykəl əbədi yaşayacaq”.

Xatırladaq ki, İbrahimoviç 11 dəfə ölkəsinin ən yaxşı oyunçusu seçilib. Həmçinin o, İsveç milli komandasının tarixində ən yaxş bombardirdir (116 oyuna, 62 qol).

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner