"Bəhram Bağırzadənin istefası uğursuzluğa görə deyil"

"Bəhram Bağırzadənin istefası uğursuzluğa görə deyil"
XƏBƏR 22 Noyabr 2016 / 11:13 3163
-  A +

"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov tanınmış aktyor Bəhram Bağırzadənin klubdan istefasına münasibət bildirib.
 
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu barədə veteran futbolçu  açıqlama verib. Onun sözlərinə görə, Bağırzadə Şura sədri Çingiz Abdullayevlə görüşərək, ona ərizəsini təqdim edib: "Özü mənimlə əlaqə saxlamışdı. Dedi ki, Çingiz müəllimin yanına getmişdim. İstefa ərizəmi yazıb verdim. Sonra da Bəhram müəllim məndən halallıq istədi. Mən isə ona təklif etdim ki, tanınmış insansan, belə çətin vəziyyətimizdə bizi atıb getmə. O isə artıq qərar verdiyini və geri dönməyin mümkün olmadığını bildirdi".
 
Qurbanovun fikrincə, Müşahidə Şurası üzvünün bu istefası heç də "Neftçi"nin uğursuz çıxışları ilə bağlı deyil. O, əsl səbəbin yaxın vaxtlarda Şuranın iclasında açıqlanacağına inam ifadə edib: "Yəqin ki, məsələ tezliklə iclasımızda müzakirə olunacaq. Mən bu istefanın uğursuz nəticələrlə bağlı olduğuna inanmıram. Gerçək səbəb məhz iclasımızda açıqlanacaq".
 
Qeyd edək ki, ötən gün Bəhram Bağırzadə komandanın çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydanda bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmədiyini vurğulayaraq, Müşahidə Şurası üzvlüyündən istefa verdiyini açıqlayıb.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner