"Qarabağ"la oyunda bəxtimiz gətirmədi"

"Qarabağ"la oyunda bəxtimiz gətirmədi"
XƏBƏR 21 Noyabr 2016 / 17:42 4041
-  A +

“İtkilər bizim üçün böyük idi. Bəzi futbolçuların cəza və ya zədəyə görə yoxluğu oyunumuza təsir etmişdi. İlk yarıda zəif çıxış etdik. İstədiyimiz kimi oynaya bilmədik, bizdə alınmadı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Novruz Məmmədov klubun rəsmi saytına açıqlamasında "Qarabağ"la oyun (0:1) haqda danışarkən deyib.

O, məğlubiyyəti bəxtsizliklə əlaqələndirib: "Fasilədə toparlandıq, ikinci yarıda rəqib qapısına doğru hücumlar etməyə başladıq, topu özümüzdə daha çox saxlamağa çalışdıq. Hesabı bərabərləşdirə də bilərdik. Sadəcə, bəxtsizlik fərqlənməyimizə mane oldu. Şəhriyar Rəhimovla Orxan Əliyevin zərbələri tirə tuş gəldi. Bu iki epizoddan biri qol olsaydı, nəticə başqa cür də ola bilərdi. Bizim üçün ilk növbədə əsas olan hesabı bərabərləşdirmək idi. Qol vursaydıq, rəqib irəli atılacaqdı və bu zaman onların müdafiəsində boşluqlar yarana bilərdi. Bundan da istifadə etmək olardı. Amma bu, ehtimallardır. Onu dəqiq deyə bilərəm ki, qol vura bilsəydik, bizim üçün yaxşı olacaqdı”.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner