“Boavişta” kubokla vidalaşdı

“Boavişta” kubokla vidalaşdı
XƏBƏR 21 Noyabr 2016 / 01:56 6224
-  A +

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün növbəti oyununa çıxıb.

Qol.az-ın xəbərinə görə, Portuqaliya kubokunun 1/16 finalında onların rəqibi “Vitoriya Guimaraeş” komandası olub.

Kamran Ağayev meydana start heyətində çıxıb. Emin Mahmudov isə ehtiyatda qalıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 90+1-ci dəqiqədə “Boavişta” azlıqda qalıb. 118-ci dəqiqədə “Vitoriya Guimaraeş” qələbə qolunu vurub.

1:2 hesabı ilə uduzan həmyerlilərimizin komandası kubokla vidalaşıb.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner