“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın zədələnən müdafiəçisi Bədavi Hüseynovun durumu ilə bağlı açıqlama verib.
Qol.az-ın xəbərinə görə, bu gün Topaz Premyer Liqanın 12-ci turunda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verən Ağdam klubunun çalışdırıcısı deyib ki, Bədavinin noyabrın 24-də Avroliqanın qrup mərhələsində “Slovan”la matçda iştirak edib-etməyəcəyi hələ bilinmir: “O, dünəndən məşqlərə başlayıb. Əgər oyuna kimi hazır olsa, komandanın müdafiə xəttində dəyişiklik ola bilər”.
Qeyd edək ki, “Kəpəz”lə matçda “Qarabağ”ın müdafiə xəttinin mərkəzində Maksim Medvedyevlə Elvin Yunuszadə çıxış edib. Q.Qurbanov bildirib ki, əgər Bədavinin durumu düzəlməsə, o zaman Çexiyadakı görüşdə də Maksimlə Elvin mərkəzdə oynayacaqlar.
Xatırladaq ki, “Qarabağ”da Bədavi ilə yanaşı digər mərkəz müdafiəçisi Rəşad Sadıqov da zədəlidir.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar