“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 25 oktyabr tarixli fərmanına əsasən, Vergilər Nazirliyinə akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizənin gücləndirilməsi, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi tapşırılıb.
Qol.az-ın məlumata görə, sözügedən tapşırığın icrası məqsədilə vergi orqanları tərəfindən müvafiq sahəyə nəzarət gücləndirilib, mütəmadi olaraq qanunsuz idman mərc oyunları təşkil edən şəxslərin aşkar edilməsi məqsədilə operativ nəzarət tədbirləri keçirilir.
Vergilər Nazirliyi tərəfindən keçirilmiş növbəti belə tədbir zamanı Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, 13 saylı evin yaxınlığında fərdi sahibkar İsmayılov Elyar İsrail oğluna məxsus obyektdə qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkar edilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, E.İsmayılov “Bədən tərbiyəsi və idman haqqında” Qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2015-ci ilin sentyabr ayından 2016-cı ilin noyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 168 min manat, yəni külli miqdarda gəlir əldə edib. Nəzarət tədbiri zamanı vergi xidməti əməkdaşlarının qanuni fəaliyyətinə mane olmağa cəhd göstərilib.
E.İsmayılova ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar fakt Sabunçu rayonunun Nazim İsmayılov küçəsi, ev 241 ünvanda keçirilən operativ nəzarət tədbiri zamanı da aşkarlanıb. Həmin ünvanda fərdi sahibkar Babayev Nicat Mənsur oğluna məxsus obyektdə akkreditasiya olunmadan idman mərc oyunlarının keçirildiyi və bundan başqa, N.Babayevin həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 683,4 manat dəyərində alkoqollu içkiləri satış məqsədilə saxladığı da müəyyənləşdirilərək, qanunsuz saxlanılan alkoqollu içkilər və digər əşyalar maddi dəlil kimi götürülüb. Cinayət Məcəlləsinin 192-1.3.2 və 213-1.1-ci maddələri ilə cinayət işi başlanaraq müvafiq qaydada istintaq aparılıb. İstintaq nəticəsində N.Babayevin akkreditasiya olunmadan 06.08.2016-cı il tarixdən 03.11.2016-cı il tarixədək futbol mərc oyunları təşkil etdiyi və külli miqdarda - 126 min 200 manat məbləğində gəlir əldə etdiyi təsdiqlənib. Hər iki fakt üzrə qanunvericlikdə nəzərdə tutulmuş tədbirlər davam etdirilir.
“Sabah” "Orhus"a qarşı
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
"Bu matça daha yaxşı hazırlaşmışıq" - "Sabah"ın futbolçusu
AFFA rəsmisi Tbilisidə stadionu qiymətləndirdi
"Barselona"da itki
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Mançester Siti" futbolçusunu icarəyə verdi
"Sabah"dan ayrılan futbolçu "Araz-Naxçıvan"da
“Barselona” Torres üçün 65 milyon avro istəyir
"Mənim üçün İnfantino dövrü çoxdan geridə qalıb"
"Liverpul"la razılaşdı
"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da
Misli Premyer Liqasında 1-ci tur - Nə vaxt və harada?
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
Tanınmış futbolçu "Boka Xuniors"da
Mourinyo "Mançester Yunayted"ə niyə "yox" deyib?
Azərbaycandan Hindistana üz tutdu - Rəsmi
İki boksçumuz qızıl medal qazandı