Millimizin rəqibində baş məşqçi istefası

Millimizin rəqibində baş məşqçi istefası
XƏBƏR 16 Noyabr 2016 / 14:51 3257
-  A +

Norveç millisinin baş məşqçisi Per Matias Hoqmo istefa verib.

Qol.az-ın məlumatına görə, bu barədə Norveç Futbol Federasiyasının saytı xəbər yayıb.

Hoqmo keçirdiyi mətbuat konfransında millinin uğursuz çıxışlarından sonra bu qərarı verməli olduğunu deyib.

57 yaşlı mütəxəssis 2013-cü ildən Norveç millisini çalışdırırdı.

Qeyd edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində yığmamızla birgə C qrupunda yer alıb. Qrupda keçirdiyi 4 oyundan birində qalib gələn, üçündə uduzan skandinaviyalılar turnir cədvəlində 5-ci yerdədir.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

topaz banner