Balotelli İtaliyaya qayıdır?

Balotelli İtaliyaya qayıdır?
XƏBƏR 15 Noyabr 2016 / 21:31 4128
-  A +

"Nitsa"nın futbolçusu Mario Balotelli "Napoli"yə transfer olunacağı iddialarına münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Fransa klubundan ayrılmağı düşünmədiyini deyib:

"Mən Neapolu sevirəm. Qızım da orada yaşayır. Amma hal-hazırda İtaliyaya qayıtmağı düşünmürəm. Bütün diqqətimi "Nitsa"ya yönəltmişəm. Komandam Fransa çempionu olsa, vertolyotla şəhərin üzərində uçacağam".

Qeyd edək ki, M.Balotelli bu il "Milan"dan "Nitsa"ya transfer olunub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner