"Barselona" Setyeni saxlayır

"Barselona" Setyeni saxlayır
XƏBƏR 2 Avqust 2020 / 10:45 2540
-  A +

"Barselona"nın prezidenti Xosep Bartomeu baş məşqçi Kike Setyenin komandadan göndəriləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az İspaniya mətbuatına xəbər verir ki, o, 61 yaşlı mütəxəssislə yolları ayırmaq fikrində olmadıqlarını deyib:

"Setyenin bizimlə bir müqaviləsi var. Onu işə götürəndə bu mövsüm üçün  layihəni və sonrakı planları izah etdik. Pandemiyaya dövründəki bir neçə aya görə məşqçinin fəaliyyətini dəyərləndirmək çox çətindir. Heç vaxt baş məşqçini dəyişmək barədə düşünməmişik. Bilirəm, bəzi məlumatlar var idi ki, komanda daha iki oyunda qalib gəlməsə, baş məşqçi dəyişəcək. Amma bu barədə heç bir müzakirəmiz olmayıb. Setyen baş məşqçimizdir. Biz heç bir mütəxəssislə danışıqlar aparmamışıq. Nəinki Lotan Blan, heç kimlə. Xavi ilə ünsiyyət qururam. Çünki münasibətimiz yaxşıdır. Bundan əlavə o, yaxınlarda komandası ilə yeni müqavilə imzaladı".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı