"Monako" 30 futbolçusunu satır

"Monako" 30 futbolçusunu satır
XƏBƏR 22 May 2020 / 12:10 3614
-  A +

“Monako” rəhbərliyi komandadakı futbolçuların sayını xeyli azaltmaq qərarına gəlib.

Qol.az “Frans-Press”ə istinadən xəbər verir ki, knyazlıq təmsilçisi mövsümün sonunda 30 futbolçunu satmağı planlaşdırır. Klub bununla 50 milyon avro gəlir götürmək istəyir.

“Monako” indiyədək büdcəsinə görə Fransa çempionatında 3-cü klub olsa da, ardıcıl iki il avrokuboklardan kənarda qaldığından maliyyə problemləri ilə üzləşib.

Satışa çıxarılacaq futbolçular arasında Benua Badyaşile, Vissam Ben Yedder, Benyamin Henriks və Yussuf Forfananın olduğu da bildirilib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə erkən yekunlaşdırılan Fransa Liqa-1-də “Monako” 9-cu olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı