"Messi "qalıram" deyəndən sonra ondan gözlədiyim hər şeyi etdi"

"Messi "qalıram" deyəndən sonra ondan gözlədiyim hər şeyi etdi"
DÜNYA FUTBOLU 12 Oktyabr 2020 / 15:44 3068
-  A +

“Komandada, həyat yoldaşınızla, övladlarınızla vaxt keçirdiyiniz biri klubdan ayrılanda belə reaksiya verməyiniz normal olur”.
 
Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Ronald Kuman İspaniya mətbuatına açıqlamasında deyib. 57 yaşlı mütəxəssis Lionel Messinin Luis Suaresin "Barselona"dan göndərilməyinə  verdiyi reaksiyadan danışarkən kapitanı yaxşı başa düşdüyünü bildirib:
 
“Mən Messiyə də bunu dedim: Məyus olduğunu və Suaresin gedişini eyib hesab etdiyini başa düşürəm. Amma bu, klubun seçimidir.
 
“Barselona” ilə müqavilə imzaladıqdan dərhal sonra Leo ilə əlaqə saxladım. Evinə gedib, onunla gələcəyi barədə danışdım. O, narazılığını açıq şəkildə dilə gətirdi. Sonra hər şey düzəldi. Messi “komandada qalıram” dediyi andan bəri ondan gözlədiyim hər şeyi etdi”. 

Son xəbərlər