Sabah "Sәrhәdçi" İdman Olimpiya kompleksindә kikboksinqin K-1 versiyası üzrә Fight Vision-4 beynәlxalq yarışı keçirilәcәk.
Qol.az-ın məlumatına görə, saat 16:00-da “Sərhədçi" İdman Olimpiya Mərkəzində başlayacaq turnirdә kikboksinqçilәrimiz Avropanın tanınmış idmançıları ilә üz-üzә gәlәcәk.
Turnirdә 5 ölkәdәn - Belçika, Hollandiya, Türkiyә, Gürcüstan, Almaniyadan olan kikboksinqçilәr hәmyerlilәrimizlә döyüşәcәk.
İlk dәfә bu yarışda qadınlar da yarışacaq. Azәrbaycanlı qadın idmançı Aytәn Ağayeva gürcü hәmkarı ilә münasibәtlәrә aydınlıq gәtirәcәk.
Yarışdan öncə keçirilən çəki ölçmə mərasimində Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov jurnalistlərin suallarını cavablandırıb. O, ilk növbədə turnir haqqında məlumat verib.
- Avropanın beş ölkəsindən gələn idmançılar, bizim idmançılarımızla qarşı-qarşıya gələcək. Almaniya, Hollandiya, Gürcüstan və türkiyəli idmançılar bu turnir üçün Bakıya gəlib. Bizim tanınmış idmançılarımız Eduard Məmmədov, Kamil Şərifov, Zaur Yusifov və başqaları da turnirdə iştirak edəcəklər. Bəhram Rəcəbzadə ağır çəkidə vuruşacaq. Bu turnirin əsas məqsədi, idmançılarımızın Avropada daha irəli getməsinə şərait yaratmaqdır. Azərbaycanda tez-tez belə turnirlər keçirilir. Bunun da nəticəsidir ki, bu gün idmançımız Ramal Aslanov Pekin şəhərində keçirilən beynəlxalq turnirdə vuruşacaq. İstəyimiz budur ki, imdançılarımız Avropa arenalarında daha yaxşı tanınsınlar. Avropanın tanınmış döyüş federasiyası “VFMC” ilə birlikdə bu yarışın alınması üçün əlimizdən gələni etmişik. Bu yarışda idmançılarımız özlərini göstərməyə çalışacaqlar və inanıram ki, yüksək naliyyətlər əldə edəcəklər.
- Hansı çəkilərdə döyüşlər olacaq?
- Müxtəlif çəkilərdə döyüşlər olacaq. Hətta qızların da peşəkar döyüşü olacaq. Qızlardan Aytən Ağayeva gürcü rəqibi ilə vuruşacaq. Azərbaycanda ilk dəfə peşəkar qadın idmançılar mübarizə aparacaq.
- İdmançılar neçə kəmər uğrunda mübarizə apacaq?
- “BFMC”nin beş kəməri uğrunda döyüşlər olacaq. Bəzi döyüşlərimiz 5 raund 3 dəqiqədən, bəzi döyüşlərimiz 5 raund 2 dəqiqədən ibarət olacaq. Kəmərlər yarışa ayrıca gözəllik qatır və sabah sahiblərini tapacaqlar.
- Bu yaxınlarda azərbaycanlı K-1 ustası Zabit Səmədov Azərbaycanda döyüş keçirə biləcəyi haqqında danışmışdı...
- Zabit Səmədov dünya şöhrətli idmançımızdır. Bildiyiniz kimi, onun öz sponsoru, öz meneceri var. Çeçenistanın “Akhmat” döyüş klubuna məxsusdur. Bu səbəbdən bir şeyi deyə bilmərəm. Bizim federasiya ilə əlaqə saxlayıb, əməkdaşlıq etmək istəsə, biz hər zaman hazırıq. Zabit bizim fəxrimizdir.
Məftun MAHİROĞLU
11 ildən sonra baş verdi
Mahir Emreli zədələndi
"Digər məşqçilərə də belə suallar versəniz, yaxşı olar"
Sumqayıtda 4 qol vuruldu - Video
"Təmiz qolumuzu saymadılar" - Samir Abasov
"Sumqayıt" "Neftçi" ilə bərabərə qaldı
"Şahdağ Qusar"dan qaçırılan penalti və baxımlı qol - Video
3 qol vuruldu, "Şəfa" qalib gəldi - Video
"Mançester Siti"ni tərk edir
"Şəfa" və "Şahdağ Qusar"dan qələbə
"Sumqayıt" - "Neftçi" matçı üçün - Heyətlər
"Qızıl Top"u qazanmaq arzum olub"
"Kubokun finalı fərqli olacaq" - Bəhlul Mustafazadə
"Liverpul" çempionluq paradı keçirəcək
"Barselona" gözünü Lukmana dikdi
ÇL-də yarımfinalın hakimləri açıqlandı
"Çalışacağıq ki, “qızıl dubl” edək” - Buntiç
"Növbəti mövsümdə də "Qarabağ"da qalacam”
"Sabah"ın komandası 14:0 qalib gəlib çempion oldu
Slot Kloppa vəfa borcunu belə ödədi - Video
Ardıcıl 14-cü çempionluq
"Zirə" Ruan Renatoyla yeni müqavilə bağladı
Qurban Qurbanov Bəhlulla niyə görüşməyib? - Açıqlama, Video
FİDE prezidenti Bakıya gəldi
"Əl-Hilal" Osimhen üçün hərəkətə keçdi
Tuncay Şanlı istefa verdi
Ançelotti "Real"a son qərarını bildirdi
Qurban Qurbanovun “11-liy”i
Kurban Berdıyev sabiq klubunun qonağı oldu - Şəkillər
“Trabzonspor”dan “Traktor”a dəstək
Azərbaycan çempionatları tarixinin rekordu təkrarlandı
"Liverpul"u çempion edən qələbə - Video
“Mançester Siti” finalda
"Qalatasaray"dan darmadağın - Video
"Qarabağ"ı finalda favorit hesab edirik" - Berezutski
"Bəzi yazılar həqiqəti əks etdirmir" - Qurban Qurbanov
"Qarabağ"ın çempionluq oyunu - Video
"Liverpul" 20-ci dəfə çempion oldu
"Neftçi" "Sumqayıt"la matça 5 itki ilə çıxacaq