"Bakı-2015": çimərlik voleybolçularımız qələbə ilə başladı

"Bakı-2015": çimərlik voleybolçularımız qələbə ilə başladı
BAKI-2015 16 İyun 2015 / 13:47 3227
-  A +

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadınlar arasında çimərlik voleybolu yarışları başlayıb.

Qol.Az-ın məlumatına görə, Azərbaycan idmançılarından Vivyan Kunya və Zinaida Lyubimovadan ibarət komanda A qrupunda, Yuliya Kərimova və Rakel Ferreyradan ibarət kollektiv isə H qrupunda mübarizə aparır.

Yuliya Kərimova və Rakel Ferreyra ilk oyunlarında Polşa idmançıları Katarjina Koçiolek və Dorota Straqa 2:0 hesabı ilə qalib gəliblər. Onlar növbəti matçda ukraynalılar Daria Udovenko və Yelizaveta Sulima ilə münasibətlərə aydınlıq gətirəcəklər.

Vivyan Kunya və Zinaida Lyubimova öncə Danimarkanı təmsil edən Eva Banq və Sesilie Olsenlə, daha sonra isə avstriyalı voleybolçular - Maria Lena Plesiutşniq və Katarina Şutzenhoferlə üz-üzə gələcək.
 
 
 
A qrupu
13:00. Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) – Eva Banq/Sesilie Olsen (Danimarka) - 1:0 (İkinci set)

22:00. Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) - Maria Lena Plesiutşniq/Katarina Şutzenhofer (Avstriya)

H qrupu
Yuliya Kərimova/ Rakel Ferreyra (Azərbaycan) – Katarjina Koçiolek/ Dorota Straq (Polşa) - 2:0 (21:18, 21:18)

21:00. Yuliya Kərimova/Rakel Ferreyra (Azərbaycan) - Daria Udovenko/Yelizaveta Sulima (Ukrayna)

Daha çox


Son xəbərlər