Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Əgər yazmaq istəyirsinizsə ki, Salah dünyanın ən yaxşı oyunçusudu, onda yazın"

Yazarlar
 Qazaxıstanla Qazax futbolunun fərqi
Aydın BAĞIROV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
“Qarabağ”ın 6-ci çempionluğu – Şəkillər
Top 5
"Liverpul"dan 5 qollu qələbə
"Barselona" Ardanı satır
"Xəzər"in bölgəni təmsil etməsi mümkündür" - Emin Abbasov
"Qarabağ"ın futbolçusu Polşada rekordçu oldu
"Ronaldonu da Bakıya gətirə bilərik" - Fikrət Orman
Linklər
525ci Qəzet

Çörəyi çörəkçiyə, pulu Dənizliyə
A A A

[29.03.2014]
Çörəyi çörəkçiyə, pulu Dənizliyə

Bir həftəlik bayram tətilinin necə gəlib keçdiyindən xəbərim olmadı. Az qala Novruzun yanında xəcalətli qalacaqdım. Hamısı da bizim "Xəzər Lənkəran"ın üzündən... Bu kluba könül verən mənim kimi minlərlə azarkeşin günü belədi, nə gecəmiz var, nə gündüzümüz. İllərdi göz dolusu bayram sevinci yaşaya bilmirik.

El-oba bayram tonqalından hoppananda klubun formasını geyinən futbolçular topun üstündən ora-bura o qədər tullandılar ki, "ağ-yaşıl gəmi" irəli üzmək əvəzinə geri getməyə başladı. Neft hasilatından, qızıl istehsalından və satışından ətraflı anlayışım olmasa da, futbolu az-maz bilən adamam. Zarafat deyil, Maradonanı taxtda görmüşəm, Messini qundaxtda. Amma və lakin "Xəzər Lənkəran"da nələrin baş verdiyini başa düşə bilmirəm. Vallah-billah başa düşməyə çalışıram, hər dəfə də görürəm ki, günah məndə deyil.

Az qala Everestlə bir olan Con Benjamin Toşak klubun baş məşqçisi gətirildi, azarkeşlərə Toşak boyda dağ çəkdirib getdi. Okean boyda Dənizli gətirildi, o da belə. Cənublu fanatlar hələ ki, Dənizlidən Viləşçay qədər də xeyir görməyiblər. Türkiyədə ad-san qazanan Mustafa hoca biz tərəflərdə əl-qolunu sallayıb gəzir. Üstəlik buna görə dəstə-dəstə para da alır. Dənizli ilə dənizlər fəth etmək istəyən "Xəzər Lənkəran" meydançada gün keçirməklə məşğuldu. Klubun formasını geyinənlər stadiona futbol oynamağa deyil, sanki domino vurmağa çıxırlar. Son qarşılaşmalarda bu komandanın futbol oynadığını görməmişəm. Azarkeşlərin bu yanaşmada mənimlə həmfikir olduqlarına tam əminəm. "Xəzər Lənkəran" öz meydanında-Mübariz Mənsimovun inşa etdirdiyi "Fırtınalar meydanı"nda xalları ehsan paylayırmış kimi sağa-sola xərcləyir. Rəqiblərin xalları artdıqca "Fırtınalar meydanı"nda tamaşaçıların sayı azalır. Hamı da klub rəhbərliyindən gileylənir. Bu yanaşmada fanatlarla həmfikirəm. Bildiyim qədəri ilə elə bütün dünyada belədi, stadionda baxımlı futbol görməyən azarkeşlərin gözü tribunda klubun başbilənlərini axtarır.

"Xəzər Lənkəran"ın kursunu müəyyən edənlər azarkeşlərin tənqidi ilə razılaşmayıb bir gəmi arqument gətirə bilərlər. Deyə bilərlər ki, bizdən daha nə istəyirsiz, çörəyi çörəkçiyə vermişik. Düz də deyirlər, indi komandanı oyunlara nə Biçər, nə də Bakes çıxarır. Bir müddət əvvəl futbolçulara göstərişi Toşak verirdisə, indi bu işi Dənizli görür. İlk baxışda hər şey əladı- çörək çörəkçiyə, pul Dənizliyə verilib. Pulu kisə ilə Dənizliyə verənlər Mustafa hocanın işlərinə qarışmır, start heyət yazılan hazır siyahını baş məşqçiyə göndərmir, ona "filankəsi oyundan al, bəhmənkəsi meydana burax" mesajı yollamır. İlin-günün bu zamanında klub para sıxıntısı keçirmir, futbolçular "qa" deyəndə meyvə şirəsi alırlar, "qu" deyəndə təzə mal əti. Amma...

Lakin "Xəzər Lənkəran" bunca miskin duruma düşübsə, mübarizə əzmi dənizlərdə düşüb itibsə hər tərəfdən baxanda klub rəhbərliyi günahkar görünür. Tutaq ki, biz azarkeşlərin keçirdiyi stress, qazandığı əsəb xəstəliyi klub rəhbərliyinin heç umurunda deyil. Bəs paralar? Dənizliyə verilən, xərclənən paralar onları heçmi maraqlandırmır?

Niyə baş məşqçidən bunun hesabatı sorulmur? Bu qədər geniş heyəti olan komandada meydançaya çıxmağa 11 oyunçu tapmaq olmur. Futbolçuların yarıdan çoxu iynə vurur. Pardon, başqa şey başa düşməyin, oyunçular zədədən əziyyət çəkdiklərindən müalicə olunurlar. Axı klubun sahibi futbolçuların başına görə olmada da, ayaqlarına görə kisə-kisə pul xərcləyir. Mustafa hocadan bunun səbəbini niyə soruşan yoxdu? Dənizli ki dənizlərin o tayında, uzaqlarda deyil...

Klub rəhbərliyi Dənizlidən nə qədər tez hesab sorsa o qədər yaxşıdı. Mənim fikrimcə, bu işi azarkeşlərə buraxmaq daha böyük problemlər yarada bilər. Bu gün hər oyundan öncə tribunalarda "Mustafa!", "Mustafa!" çağıran fanatlar nə vaxtsa "İstefa!", "İstefa!" hayqıra bilərlər. Xalqımız onsuz da hər sözə qafiyə tapmağı çox sevir və bunun üçün bəhanə axtarır. Bunu klubun sahibləri yəqin ki, bilməmiş deyillər...

Etibar Cəbrayıloğlu

"Ədalət" qəzeti

 

6105 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
15.11.2017  17:07 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
07.10.2016  12:10 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
28.04.2016  12:51 Bir dön bizim “Bakı"ya bax...
29.12.2015  14:11 Üzən manat, aradan çıxan futbol
11.11.2015  13:08 Arayış
13.12.2014  14:51 “Kitayski” çex
29.04.2014  12:03 “Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi
17.03.2014  11:12 Messinin dərdi var, Messi xəstədi
22.01.2014  14:07 Dənizliyə yol göstərmək
01.01.2014  15:03 Yeni il hədiyyəsi - Foqts
11.12.2013  13:43 Mənə Dənizli verin!
 
 
  25.04.18
17:43
  FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
17:30
  Asiyanın ən yaxşı futbolçusu seçildi
17:15
  "Kəpəz" məşqləri bərpa etdi
16:50
  "Milan"ın yeni ev forması - Şəkillər
16:35
  "Fənərbaxça" - "Beşiktaş" derbisi ilə bağlı qərar verildi - qaldığı yerdən davam və...
16:22
  İki oyuna hakim təyinatı açıqlandı - birinci divizion
16:00
  Çempionlar Liqasında erkən final - Yenilənir
15:47
  "Çelsi"nin müdafiəçisi "Barsa"nın hədəfində
15:22
  Bundesliqada 31-ci turun ən gözəl 5 qolu - Video
15:00
  Salah "Liverpul"un tarixinə düşdü
14:41
  Beyldən "Bavariya" xəbərlərinə münasibət
14:09
  Şenol Günəş polisə çağırıldı
13:45
  "Bavariya" - "Real": əmsallar açıqlandı
13:19
  Mahmudov və Sadıqlının sarı vərəqəsi ləğv edildi
13:04
  AFFA-dan Yuri Maksimova sərt cəza
13:01
  Kurtua sabiq məşqçisini məhkəməyə verdi
12:40
  Salahın "Roma" sevgisi - Şəkillər
12:17
  "Bavariya" - "Real": hansı kanallarda?
11:44
  "Salah dünyanın ən yaxşı futbolçusudur" - Cerrard
11:39
  “Qəbələ”nin rəqibinə ağır cəza -avrokuboklardan uzaqlaşdırıldı
11:08
  "Azərbaycandan təklif almışdım" - İvan Samorano
10:50
  “55 yaş artıq baba yaşıdır” – Ramin Musayev
10:46
  "Ölmüşdük, ancaq indi bir az nəfəs ala bilirik" - Monçi
10:13
  "Yenə geridönüş edə bilərik" - Di Françesko
09:45
  "Əgər yazmaq istəyirsinizsə ki, Salah dünyanın ən yaxşı oyunçusudu, onda yazın"
01:48
  “Bavariya”nın heyətində 39 qol vuran Levandovski var”
01:13
  El Klassikonu idarə edəcək hakim müəyyənləşdi
00:49
  "Liverpul" finala yaxınlaşdı - Video
00:37
  "Liverpul"dan 5 qollu qələbə
  24.04.18
23:09
  Çemberleyn sıradan çıxdı - "Liverpul"da itki
21:56
  "Liverpul" - "Roma": heyətlər açıqlandı
21:10
  “Frans Futbol” İnyestadan üzr istədi
20:20
  "Hiss edirəm ki, yaxşı olacaq" - Haynkes "Real"la oyun haqda
19:47
  “Napoli”nin müdafiəçisi “Çelsi”nin hədəfində
18:59
  "Real"a qalib gəlmək üçün kifayət qədər gücümüz var" - Boatenq
17:51
  "Salah çox qol vurur, bəlkə İngiltərədə qapılar böyükdür?"
17:07
  "Qəbələ" - "Qarabağ" oyunu Bakıda keçirilə bilər
16:50
  "Qarabağ"a qarşı oynamayacaqlar - "Zirə"də 6 itki
16:33
  "Qalatasaray"ın sabiq çalışdırıcısı İtaliyada işləyəcək
16:22
  İnyesta daha 2 klubun hədəfində
15:56
  "Real"a qarşı oynamaya bilər
15:42
  "İnanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam" - Aqolli
15:18
  Avro-2024-ü keçirməyə ilk namizəd - rəsmi
14:42
  Çempionlar Liqasının oyunu - Etopaz-da
14:15
  Yarımfinala hakim təyinatları açıqlandı - Avroliqa
13:50
  Kloppdan Donald Trampa atmaca
13:16
  "Real" Münhenə bu futbolçularla gedir - siyahı
13:00
  İtaliya millisinə Ançelotti gətirilir?
12:28
  "Ronaldonu da Bakıya gətirə bilərik" - Fikrət Orman
12:18
  "Liverpul" - "Roma": hansı kanallarda?
11:55
  "Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
11:46
  Birinci divizionun oyunları eyni saatda
11:31
  Premyer Liqamızda oyunların başlama saatı açıqlandı
11:16
  "Arsenal"da yeni baş məşqçiyə 50 milyonluq büdcə
10:50
  Qurban Qurbanovun çempionluq çıxışı - Video
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore