“Bakı”nın baş məşqçisi Coko Hacıyevski komandasının premyer-liqadanın ikinci dövrəsindəki ilk oyunu və gələcək planları barədə Qol.Az-a müsahibə verib
- MOİK-lə oyunda futbolçularınızın oyunundan razı qaldınız?
- Narazı qalmadım. Oyuna ciddi hazırlaşmışdıq. İlk hissədə üstün oynadıq, nəticədə qol vurduq. Sonradan pressinqi artırdıq və 2-ci, 3-cü qolu da rəqibin qapısından keçirdik. Bizim üçün əsas olan 3 xal idi ki, onu da qazandıq.
- Yeni transferləriniz barədə nə deyə bilərsiniz?
- Hamısı yaxşı oynadı. Komandanın qələbəsi üçün can yandırdılar və deyərdim ki, özlərini yaxşı tərəfdən göstərməyə nail oldular.
- Adamiya matçdan sonra verdiyi açıqlamasında həyəcanlı olduğunu demişdi...
- O da yaxşı oynadı. Mən elə bir şey hiss etmədim. Adamiya məşqlərə çox ciddi yanaşır. Bir sözlə, onun oyunundan razıyam.
- Bəs, Batista və Hasan Suari haqqında hansı fikirdəsiniz?
- Onlar da yaxşı futbolçulardır. Hazırda da əla formadadırlar. Əminəm ki, həm Batista, həm də Hasan “Bakı”ya layiqincə kömək edəcəklər. Sadəcə, transfer vərəqələri gəlmədiyindən MOİK-ə qarşı oynaya bilmədilər.
- “Neftçi”yə qarşı oyunda bu futbolçuları meydanda görə biləcəyik?
- Böyül ehtimalla hə.
- Yeri gəlmişkən, bu oyunla bağlı fikirlərinizi də öyrənmək istərdik.
- Çox çətin olacaq. “Neftçi” indi ilk dövrədəki “Neftçi” deyil. Yaxşı qış hazırlığı keçib. Heyətini xeyli gücləndirib. Mən onların “Standard”la oyunlarına baxandan sonra bunun şahidi oldum.
- Daha çox hansı futbolçunu özünüz üçün təhlükəli hesab edirsiniz?
- Ön xətdə oynayan kamerunlu hücumçu (Valentin Atem - red) çox təhlükəli futbolçudur. Rumuniyalı futbolçularının da səviyyəli futbolçu olduğunu qeyd edə bilərəm. Məncə, bu iki futbolçuya qarşı son dərəcə diqqətli oynamaq lazımdır.
- “Neftçi”nin ardından “Xəzər-Lənkəran”la iki ağır kubok qarşılaşması gəlir. Daha sonra çempionatın növbəti çətin oyunu. Sizcə, “Bakı” bu cür ağır mərhələyə hazırdır?
- Bəli. Hazırkı heyətimiz bunu deməyə əsas verir. “Bakı”nın çox geniş heyəti var. Bir mövqeyə 3 eynisəviyyəli futbolçumuz var. Məncə, ciddi problemlə üzləşməməliyik.
"İmişli"dən "Şəfa"ya
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya