"Barselona" Depayın transferini açıqlayır

"Barselona" Depayın transferini açıqlayır
DÜNYA FUTBOLU 15 Sentyabr 2020 / 10:27 3543
-  A +

"Barselona" "Lion"un futbolçusu Memfis Depayın transferini bitirmək üzrədir.

Qol.az "De Telegraaf"a istinadən xəbər verir ki, Kataloniya klubu bu həftənin sonuna kimi bu transferi rəsmən açıqlamağı planlaşdırır."Barselona"nın niderlandlı hücumçunun "Nou Kamp"da təqdim edəcəyi bildirilir. Klubun bu transfer üçün 30 milyon avro ödəyəcəyi vurğulanır.

Qeyd edək ki, Depayın "Lion"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. 26 yaşlı oyunçu ötən mövsüm 22 matçda 15 qol vurub, 2 qolun ötürməsini verib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki