"Barselona"nın keçmiş idman direktoru Erik Abidal Kataloniya klubundan ayrılmasını izah edib.
Qol.az xəbər verir ki, bu barədə İnstaqram səhifəsində yazan fransalı mütəxəssis Kataloniya klubundan qovulmadığını, öz istəyi ilə getdiyini bildirib:
"Hörmətli “Barsa” fanatları, vidalaşmaq üçün bu sətirləri yazmaq istədim. Həyatımın iki mühüm mərhələsini sizinlə bölüşə bildiyim üçün dərin minnətdarlığımı bildirirəm. Biri oyunçu, digəri idarəedici kimi. İkinci dövr iki ili əhatə edir. Bu müddətdə “Barsa”nı daha yaxşı vəziyyətə gətirməyə çalışdım.
Direktorlar şurası bazar ertəsi günü vəzifəmdə qalmağımı təsdiqləsə də, ötən çərşənbə axşamı istefa verdim.
Son iki ildə dəyişikliklər etməyə çalışdım. Fikrimcə, bu, komandanın gələcəyi üçün çox vacib idi. Əminliyimə və əzmimə baxmayaraq, bunu edə bilmədim. Bu səbəbdən düşündüm ki, klubla münasibətlərimə son verməyin vaxtı gəlib. Ona görə də “Barselona” ilə daha bir il müqaviləm olmasına rəğmən, klubdan getdim.
Bu gün “Barselona”da vəziyyət çətindir, amma şübhə etmirəm ki, bu böyük kluba layiq olan uğurları qaytarmaq mümkündür. Bunu ürəkdən arzulayıram.
Hamınız çox sağ olun. Yaşasın “Barsa”, yaşasın Kataloniya”.
Xatırladaq ki, 2007-2013-cü illərdə futbolçu kimi "Barselona"nın şərəfini qoruyan fransalı mütəxəssis 2018-c ildə klubun idman direktoru təyin edilmişdi. O, komandanın Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesabı ilə uduzmasından sonra istefa verib.
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”