Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
Qol.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Qış fasiləsindən sonra uğursuz çıxışları ilə yadda qalan iki komanda üz-üzə gəlib. "Zirə" öz meydanında autsayder "Qəbələ"ni qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar iki qol vuraraq əzmkar qələbə qazanıb. Bununla da "Zirə" ardıcıl 4-cü məğlubiyyətlə üzləşib. Buna qədər ardıcıl 4 oyunda uduzan "Qəbələ" isə qış fasiləsində sonra ilk qələbəsini qazanıb.
Digər oyunda isə "Səbail" "Neftçi"nin qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Bu xal itkisindən sonra "Neftçi" əvvəlkitək lider "Qarabağ"dan 8 xal geri qalır.
1 mart
17:00. “Neftçi” – “Səbail” - 1:1
Qol: Eriko da Silva, 55-avtoqol, Rauf Əliyev, 90+2 (1:1)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bakcell Arena”
15:00. “Zirə” – “Qəbələ” - 1:2
Qol: İlkin Muradov, 21 (1:0), Fernan Lopes, 80 (1:1),Rövlan Muradov, 87 (1:2)
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
29 fevral
“Qarabağ”– “Sabah” - 0:0
“Sumqayıt” – “Keşlə” - 2:2
Bombardirlər:
Stiven Monroz ("Neftçi") - 7 qol
Mahir Emreli ("Qarabağ") - 7 qol
Peyman Babayi ("Sumqayıt") - 7 qol
Lorenzo Frutos ("Keşlə") - 6 qol
Baqali Dabo ("Neftçi") - 6 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Davit Volkov ("Zirə") - 5 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Maqaye Qeye ("Qarabağ") - 5 qol
Hendrik Ekşteyn ("Səbail") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Abdullah Zubir ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Sabah") - 4 qol
Nicat Süleymanov ("Zirə") - 4 qol
Əmir Ağayev ("Sumqayıt") - 4 qol
Sezar Meza Kolli ("Keşlə") - 4 qol
Vüsal İsgəndərli ("Keşlə") - 4 qol
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır