"Son qələbənin ardından hamının əhvalı yaxşıdır. Klubumuzu tanıtmağa ehtiyac yoxdur. Ölkənin ən titullu, ən çox azarkeşə sahib komandasıyıq. Tarix boyu klubumuz nəinki Bakını, bütün ölkəni təmsil edib. Türkiyədə böyük “dördlük” varsa, Azərbaycanı təmsil edən klubların başında həmişə "Neftçi" gəlib. Türkiyə yığması Avropa çempionatında oyunlarını Bakıda keçirəcək. Onlara uğurlar arzulayıram".
Bunu "Neftçi"nin prezidenti Kamran Quliyev "Buta Global Enerji-Tekstil" şirkəti ilə əməkdşalıq müqaviləsinin imzalanma mərasimdə deyib. Onun sözlərinə görə, rəhbəri olduğu klub hər şirkətlə işləyə bilməz: "Biz yeni ortaqlar axtarırıqsa, bəzi təşkilatlar da bizimlə əməkdaşlıqda maraqlıdır. Onlar da özlərini daha geniş auditoriyaya çatdırmaq istəyirlər. “Sarar” markası Azərbaycanda çox tanınan, qapılarını müştərilərə açan brenddir. Türkiyədə böyük ticarət mərkəzlərində bu brendi görmüşəm. “Neftçi” hər brendlə işləyə bilməz. “Sarar” adına görə də, işinə və səviyyəsinə görə də “Neftçi”nin uzunmüddətli partnyoru ola bilər. Bu şirkətə təşəkkürümü bildirmək istəyirəm. “Neftçi” ailəsinə xoş gəlmisiniz. İnanıram ki, azarkeşlər bu markanı daha yaxın hiss edəcəklər".
K.Quliyev bildirib ki, hazırkı çətin dövründə Azərbaycan futboluna dəstək olmaq ciddi addımdır: "Futbolumuz parlaq dönəm yaşamır, çətinliklər mövcuddur. Hər dövrün öz göstəricisi var. Bəzən komandalarımız daha yaxşı çıxış edir. Futbolda sabitlik formulu yoxdur. Bu dövrdə hər hansı təşkilat futbola dəstək verirsə, yatırım edirsə, bu, alqışalayiqdir. İnanmaq istəyirəm ki, digər şirkətlər də futbola dəstək olacaq, futbol xalq oyunudur. Biz digər idman növlərində uğur qazanırıq, amma futbola maraq sönməyib. İstənilən dövrdə bu idman növünü izləyənlər çox olub. Belə çətin dövrdə futbola dəstək olmaq böyük işdir. Buna görə təşəkkür edirik".
Klub prezidenti daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- "Sarar"ın “Qəbələ” ilə müqaviləsi olub. Onların aqibəti göz önündədir. Qorxmursunuz ki, eyni durumla üzləşəcəksiniz?
- “Qəbələ”nin son illərdə qazandığı uğurlar Azərbaycan futbolu üçün nümunədir. Xüsusən də uşaq futbolu ilə bağlı. İnanıram ki, “Qəbələ”nin aqibəti yaxşı olacaq. “Sarar"ın “Qəbələ”yə xeyri dəyib, ziyanı olmayıb.
- Ötən il Türk Hava Yolları ilə müqavilə bağlamışdınız. Bəlkə, bunun yolunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə də öyrədəsiniz. Həmişə gileylənir ki, sponsorlar gəlmir...
- Bu, son müqavilə deyil. Gələcəkdə də tərəfdaşlarımız olacaq. Bu prizmadan baxmazdım. Əvvəllər PFL-in “Unibank”, “Topaz” kimi sponsorları olub. İnanmaq istəyirəm ki, PFL-in də işi alınacaq. Ramin müəllim təcrübəli adamdır. PFL-ə yeni sponsor arzulayıram (Report).
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu