"Bu, Bakıdakından fərqli oyun olacaq" - Slovakiyalı futbolçu

"Bu, Bakıdakından fərqli oyun olacaq" -  Slovakiyalı futbolçu
XƏBƏR 19 Noyabr 2019 / 20:15 1903
-  A +

Slovakiya yığmasının futbolçusu Robert Bojenik bu gün Trnavada Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu haqda danışıb.

Qol.az-ın məlumatına görə, bu barədə ölkə mətbuatına açıqlama verən 20 yaşlı hücumçu rəqibi qiymətləndirməli olduqlarını deyib:

"Rəqibi qiymətləndirməyə bilmərik. Bu, Bakıdakından fərqli qarşılaşma olacaq. Bizə ikinci matçımızı da belə keçirmək lazımdır. Səfərdə oyunu necə yüksək səviyyədə keçirdiyimizi bilirik. Biz həmin matçı xatırlamalı və eyni cür çıxış etməliyik".

Qeyd edək ki, Anton Malatinski adına stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı