Avro-2020-nin seçmə mərhələsində Rumıniya-İsveç oyununda qalmaqal yaşanıb.
Qol.az xəbər verir ki, Buxarestdə keçirilən qarşılaşmada yerli azarkeşlər İsveç millisinin üzvü Aleksandr İsaka qarşı irqçi şüarlar səsləndirib. Bu səbəbdən hakim görüşü dayandırıb və oyunda fasilə yaranıb. Azarkeşlər stadionun diktorunun səslənməsindən sonra təhqirləri sonlandırıblar və matç davam edib.
Qarşılaşmadan sonra 20 yaşlı hücumçu hakimin oyunu yarımçıq dayandırmağa hazır olduğunu, lakin özü hakimdən görüşü dayandırmamasını xahiş etdiyini deyib.
Qeyd edək ki, sözügedən qarşılaşmada İsveç yığması 2:0 hesabı ilə qalib gələrək Avropa Çempionatının finalına vəsiqə qazanıb.
Volkanı Metin əvəzlədi
18 ildən sonra
Jardim istefa verdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər