"Azərbaycanı udsaq, Bakı bizim üçün daha da gözəl olacaq"

"Azərbaycanı udsaq, Bakı bizim üçün daha da gözəl olacaq"
DÜNYA FUTBOLU 11 İyun 2019 / 12:05 2128
-  A +

"Bakıda havanın isti olacağını gözləyirdik. Düşünürdük ki, çətin şərtlər altında məşq edib, oyuna çıxacağıq. Amma dünənki hazırlıq çox yaxşı keçdi. Fikrimcə, hava şəraiti ilə bağlı hər hansı öproblem olmayacaq".

Qol.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin üzvü Milan Şkrinyar yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Bu gün Avro-2020-nin seçmə mərhələsində millimizlə keçiriləcək oyun haqda fikirlərini bölüşən İtaliya "İnter"inin müdafiəçisi matçın asan olmayacağını bildirib:

"Azərbaycanın bir neçə oyununu izləmişik. Bilirik ki, bizi ciddi rəqib gözləyir. Xorvatiya ilə oyunda ilk qolu onlar vurmuşdular. Xorvatlar çətinliklə qələbə qazandılar. Macarıstan isə standart vəziyyətlərin hesabına Azərbaycana qalib gəldi. Odur ki, asa oyun olmayacaq. Amma bilirik ki, buradan qələbə ilə qayıda bilərik. Çünki bu, bizim üçün çox vacibdir. Öz oyunumuzu oynamalı, topa nəzarət etməli, erkən qol vurmağa çalışmalıyıq. Çünki qol gecikdikcə, rəqib daha çox qapanacaq. Bu isə bizə çətinlik törədəcək. ".

İlk dəfə ölkəmizdə olan Şkrinyar Bakı ilə bağlı təəssüratlarını da açıqlayıb: "Dünən səhər şəhəri gəzdik. Amma yalnız bir hissəsini görə bildik. Bakı həqiqətən gözəl şəhərdir. Açığı, bu dərəcədə gözləmirdim. Qələbə qazansaq, şəhər bizim üçün daha da gözəl olacaq".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord