Rəşaddan erməni təxribatına sərt reaksiya - Video

Rəşaddan erməni təxribatına sərt reaksiya -  Video
ÖLKƏ FUTBOLU 14 Dekabr 2018 / 11:14 6873
-  A +

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Arsenal"la keçirilən oyunda (0:1)  baş verən erməni təxribatına münasibət bildirib.

Təcrübəli müdafiəçi Qol.az-a açıqlamasında meydana qaçan təxribatçının əlindəki separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını almaq istədiyini deyib:
 
"Təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik". 



Daha çox


Son xəbərlər