Almaniya mətbuatından Rusiya millisi ilə bağlı şok iddia

Almaniya mətbuatından Rusiya millisi ilə bağlı şok iddia
DÇ-2018 9 İyul 2018 / 16:46 7596
-  A +

Almaniya mətbuatı Rusiya millisinin üzvlərini fiziki formalarını yüksəltmək üçün dopinq qəbul etdiyini yazıb. 

Qol.az-ın məlumatına görə, ölkənin dünyaca məşhur “Bild” nəşri rusiyalı futbolçuların 1/4 finalın Xorvatiya ilə oyununda rəqib üzərində fiziki üstünlük qazanmaq üçün ammiak iylədiklərini iddia edib.

Jurnalistlər bunun qadağan olunmuş maddələr siyahısına daxil olmadığını bildiriblər. Ancaq dəvət olunmuş mütəxəssisin sözlərinə görə, bu maddə də dopinqlə eyni təsiri göstərir.

“Bild” nəşri yaydığı məlumata sübut olaraq Rusiya millisinin  müdafiəçisi İlya Kutepovun meydana çıxmazdan əvvəl nəsə iylədiyi şəkili paylaşıb.

Daha çox


Son xəbərlər