İslandiya millisinin qapıçısı "Qarabağ"da

İslandiya millisinin qapıçısı "Qarabağ"da
ÖLKƏ FUTBOLU 3 İyul 2018 / 16:05 7910
-  A +

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" heyətinə yeni qapıçı cəlb edir.

Qol.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi İslandiya millisinin üzvü  Hanes Tour Haldoursonu transfer etmək üzrədir.

Artıq 34 yaşlı qolkiperlə razılıq əldə olunub. Son klubu Danimarka “Randers”i olan qapıçının transferinin yaxın 1-2 gün ərzində rəsmən açıqlanacağı gözlənilir.

Haldourson DÇ-2018-in 1-ci turunda Argentina ilə keçirilən oyunda (1:1) Lionel Messinin penaltisini dəf etməklə oyunun qəhrəmanına çevrilmişdi.

Xatırladaq ki, "Qarabağ" qapıçılarından İbrahim Şehiç və  Anton Kanibolotski ilə yollarını ayırıb. 

Qeyd edək ki, Ağdam təmsilçisi rəsmi Feysbuk sahifəsində yeni transferin gəlişi ilə bağlı maraqlı şəkil paylaşıb. Şəkildə Haldoursonun qeyzerlər ölkəsi İslandiyanı təmsil etməsi, onun rejissorluqla da məşğul olması və Argentina ilə oyunda Lionel Messinin penaltisini dəf etməsinə işarə edilib.

Daha çox


Son xəbərlər
29.04.24  12:37

Xavinin yeganə ümidi