Prosineçkinin kirayə qaldığı evin sahibi borcunu istəyir

Prosineçkinin kirayə qaldığı evin sahibi borcunu istəyir
XƏBƏR 20 Dekabr 2016 / 10:36 5753
-  A +

Serbiyanın “Srvena Zvezda” klubunun bank hesabları bağlanılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna millimizin baş məşqçisi Robert Prosineçkinin  “Srvena Zvezda”nı çalışdırdığı dövrdə Belqradda qaldığı evin kirayə haqqının klub tərəfindən ödənilməməyi səbəb olub.

R.Prosineçki həmin evdə 2011-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək yaşayıb. Bu müddətdə evin kirayə haqqı üst-üstə 37 min avro təşkil edib.

 
Klubun maliyyə direktoru Stefan Pantoviç məlumatı təsdiqləyib. O bildirib ki, Prosineçkinin vaxtilə yaşadığı evin sahibinə olan borc qısa zamanda ödəniləcək:

“Mətbuatda yayılan bizim üçün yeni və təəccüblü xəbər deyil. Bu, iqtisadi durumumuzla bağlıdır. 2 il əvvəl 100 məhkəmə işimiz var idi. İndi isə 20 belə işimiz qalıb”.
 
Qeyd edək ki, R. Prosineçki 2010-2012-ci illər ərzində “Srvena Zvezda”nın baş məşqçisi olub. 


Son xəbərlər
15.06.25  15:10

"Milan"dan ayrılır