Qol.Az - print Qol.Az

Azərbaycan 1 pillə də gerilədi - UEFA reytinqi


 

Azərbaycan 1 pillə də gerilədi - <b style="color:red">UEFA reytinqi</b>

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, keçirilən matçlardan sonra  Azərbaycan daha 1 pillə geriləyib. 18.125 xalı olan ölkəmiz 25-ci pilləyə düşüb. "Hapoel"in APOEL-lə heç-heçə (2:2) etməsindən sonra İsrail xalını 18.125-ə yüksəldib və əlavə göstəricilərdə ölkəmizi geridə qoyub.

Qeyd edək ki, Azərbaycandan 1 pillə geridə olan Qazaxıstanın 17.500  xalı var.

Xatırladaq ki, bu həftə keçirilən ÇL-in oyunlarından sonra Şotlandiya ölkəmizi geridə qoymuşdu.

 

 





10.08.2018    çap et  çap et