Qol.Az

"Zirə"dən ilk transfer


 

"Zirə"dən ilk transfer "Zirə" 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Qəsəbə təmsilçisi "Neftçi"dən ayrılan İlkin Qırtımovu heyətinə qatıb. Müdafiəçi ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, İ. Qırtımovun sonuncu klubu “Neftçi” olub. O, daha əvvəl “Simurq” və “Keşlə”də də çıxış edib.
 





12.06.2018    çap et  çap et