Qol.Az - print Qol.Az

"Bugünkü hakimlər briqadasının səviyyəsi budur" - Samir Əliyev


 

"Bugünkü hakimlər briqadasının səviyyəsi budur" - <b style="color:red"> Samir Əliyev</b>

"Uduzmaq istəmirdik. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi”.
 
Qol.az-ın yaydığı xəbərə görə, bunu "Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 27-citurunda "Neftçi”yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
 
O, fikrini bu sözlərlə davam etdirib: "Futbolçularıma narazılığım yoxdu. Bacarıqlarını göstərdilər. İki komandanı müqayisə etdikdə, "Neftçi”nin ehtiyatda oturan 4 oyunçusunun məvacibi bizim ümumi komandanın məvacibindən çoxdu”.
 
S.Əliyev ilk hissənin sonlarında texniki zonadan qovulmasına da münasibət bildirib: "Hakimlər barədə danışmaq istəmirəm. Şəxsi fikrim belədi ki, bugünkü hakimlər briqadasının səviyyəsi budur. Əlbəttə, əsəblərimə hakim ola bilmədim. Haqlı olaraq da texniki zonadan qovuldum”.(sportnet.az)

 





12.05.2018    çap et  çap et