Qol.Az

"Qəbələ"dən qələbə, "Zirə" lider oldu


 

"Qəbələ"dən qələbə, "Zirə" lider oldu

Bu gün Topaz Premyer Liqasında ikinci tura yekun vurulub.

Qol.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib.

Günün ilk matçı Yevlaxda keçirilib. Gəncə stadionu hazır vəziyətdə olmadığından "Kəpəz" bir müddət rəqiblərini məhz burada qəbul edir. Şahin Diniyevin komandası "Zirə"ni sınağa çəkib. İlk turda xalsız qalan "Kəpəz" "Zirə" ilə oyuna uğur qazanmaq üçün çıxıb. Lakin "Zirə" Gəncə təmilsçinin bu istəyinə imkan verməyib və 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Ayxan Abbasovun komandası vurulan və buraxılan qolların daha yaxşı nisbətinə görə liderliyə yüksəlib.

Tura isə Qəbələdə yekun vurulaub. Eyniadlı komanda "Sumqayıt"ı sınağa çəkib və 1:0 hesabı ilə qalib gəlib. Bununla da 2 turdan sonra turnir cədvəlində üçhakimiyyətlilik ("Zirə", "Qarabağ" və "Qəbələ") yaranıb.


Topaz Premyer Liqası

II tur

20 avqust (bazar)

20:00. “Qəbələ” - “Sumqayıt” - 1:0
Qol:
Tellur Mütəllimov, 40
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
Qəbələ şəhər stadionu


17:00. “Kəpəz” - “Zirə” - 0:3
Qol:
Nicat Qurbanov, 21, Təmkin Xəlilzadə, 49, 87 
Hakimlər:
Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
Yevlax şəhər stadionu




19 avqust (şənbə)

“Qarabağ” - “İnter” - 1:0

“Səbail” - “Neftçi” - 1:0



N Klublar O Q H M T-F X
1 Zirə 2 2 0 0 5-1 6
2 Qarabağ 2 2 0 0 4-1 6
3 Qəbələ 2 2 0 0 3-1 6
4 Sumqayıt 2 1 0 1 2-2 3
5 Səbail 2 1 0 1 2-2 3
6 İnter 2 0 0 2 1-3 0
7 Neftçi 2 0 0 2 1-4 0
8 Kəpız 2 0 0 2 1-5 0

 





20.08.2017    çap et  çap et