Qol.Az

"Çatışmazlıqlara görə tam sevinə bilmirik" - Qriqorçuk


 

"Çatışmazlıqlara görə tam sevinə bilmirik" - <b style="color:red"> Qriqorçuk</b>

“İşləməli olduğumuz çox şeylər var. Oyunçuların fərdi çıxışı ürəyimcə olmadı. Bunun üzərində işləyəcəyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib Topaz Premyer Liqanın ilk turunda “İnter”ə qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfrasnında deyib.

- Qələbə münasibəti ilə komandamızı təbrik edirəm. Bəzi çatışmazlıqlar olduğu üçün tam sevinə bilmirik. Ümid edirik ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

- Birinci hissənin sonunda Monrozun hərəkətindən sonra onu Kone ilə əvəz etmək istəsəniz də, sonradan fikrinizən daşındınız. Bu, nə ilə bağlı idi?

- Sizə kim deyir ki mən onu əvəzləmək istəyirdim?

- Oyun və nəticə gözlədiyiniz kimi oldu?

- Bilmirəm necə komanda gözləyim. Çünki heyət yenidi. Ona görə nə gözlədiyimi demək çətindir.

- Sizcə, komanda tam komplektləşib?

- Əlbəttə, tam komplektləşib. Düzdür, biz daha artığını etmək istəyirik, ancaq ideal heç nə yoxdur.

- Araz Abdullayev və Xavi Ernandezin boşluğunu necə dolduracaqsınız?

- Onlar özləri komandanı tərk etmək istədilər. Biz futbolçuların istəyi ilə hərəkət etdik və onları göndərməyə razılıq verdik.

- Son dəqiqələrdə "İnter" üstünlüyü ələ aldı. Buna səbəb nə idi?

- Bu futbolun qaydasıdır, rəqib son dəqiqələrdə daha yaxşı oynayır. Oyunun sonunda adətən belə olur. Həyacan, narahatlıq və s. Qalib gəlmək istəyən komanda oyunu idarə etməyi bacarmalıdı. Qələbə istəyiriksə, bunu öyrənməliyik.

 





12.08.2017    çap et  çap et