Qol.Az

Əliyar Çempionlar Liqasının oyununda - yeni təyinat


 

Əliyar Çempionlar Liqasının oyununda - <b style="color:red">yeni təyinat</b>

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb.

Qol.az-ın məlumatına görə, o, ÇL-nin II təsnifat mərhələsinin cavab matçını – “Rosenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununu idarə edəcək. Yan xətt hakimləri  Zeynal Zeynalov və Rza Məmmədov, 4-cü hakim Orxan Məmmədov olacaq.
 
Görüşün UEFA nümayəndəsi isveçli Kristel Brorson, hakim inspektoru isə ingilis Peter Cons təyin edilib.

Oyun iyulun 19-da keçiriləcək.

 





16.07.2017    çap et  çap et